"Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olub".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 3 saylı ƏPT-nın sədri Azad Bayramov deyib.
Sədr eyni zamanda Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisi olduğunu bildirib.
"Heydər Əliyev 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil edib. Məhz bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstəriblər. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə, Azərbaycan diplomatiyası isə masada faktiki olaraq Zəfəri təmin edərək, qarşıya qoyulan məqsədə nail oldu".
Mərcanə Əsədova