Logo

Dekorativ tətbiqi sənət ixtisası üzrə qabiliyyət imtahanının vaxtı açıqlanıb

25.06.2023 17:16 423 baxış
IMG

İyulun 7-də dekorativ tətbiqi sənət ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Abituriyentlər dekorativ tətbiqi sənət ixtisasının rəngkarlıq fənni üzrə qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış olmaq mümkündür.

Xəbər lenti