Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili almaq istəyən bakalavrlara dəstək məqsədi ilə Magistraturaya Qəbul üzrə Məlumat Mərkəzi yaradılıb.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bakalavrlar Mərkəzin üzvləri ilə əlaqə saxlayaraq tədris prosesi, ixtisaslar, keçid balları, təhsil haqqı və s. məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər.
Eyni zamanda, ixtisas seçimi ilə bağlı məsləhət alacaqlar.