"Müqəddəs Qurban bayramı İslam dininin əsas atributlarından buri olmaqla yanaşı, həmçinin birlik, həmrəylik bayramıdır. Müsəlmanlar bu əlamətdar gündə uca Allahın adına qurbanlar kəsir, Allah yolunda sədəqə verirlər".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev deyib.
O bildirib ki, pozulmaz tolerantlığın və nümunəvi multikulturalizmin örnəklərindən olan doğma Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri səmimi, mehribanlıq, sülh şəraitində yaşayaraq bir-birlərinin dini inanclarına və milli kimliyinə dərin sayğı və hörmətlə yanaşaraq onların sevinclərinə şərik olurlar:
"Məhz Qurnan bayramının da ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi Azərbaycan xalqının dinimizə, mənəviyyatımıza verdiyi dəyərin bariz nümunəsidir ki, bizlər Allah və din yolunda mənəvi borclarımızı layiqincə yerinə yetirir, xeyirxah əməllərimizlə çalışırıq ki, cəmiyyətimizdə, dünyamızda sülh və firavanlıq daha da güclənsin. Son zamanlar ölkəmizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də uğurlu irəliləyişlər göz önündədir. Bu inkişaf içərisində ADPU-nun ayrılmaz hissəsi olan Quba filialının da inkişaf dinamikası da artan xətt üzrə gedir. Yeni ixtisaslar üzrə qəbul planlarının və tələbə sayının artırılması, filialın beynəlxalq əməkdaşlığının formalaşdırılması, elmi potensialın stimullaşdırılması, tədris prosesinin uğurla aparılması, filialda yeni kadr dəyişikliklərinin həyata keçirilməsi, müxtəlif yeni layihələrin icrası filial kollektivində yüksək bayram əhvalını öncədən yaradıb. Bu olaylar bir direktor kimi məni çox sevindirir, çünki kollektivin maddi-sosial rifah halı, mənəvi ruh yüksəkliyi hər zaman diqqət mərkəzimizdə olmuşdur",
Mərcanə Əsədova