Logo

BDU tələbələri Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər

26.06.2023 10:39 560 baxış
IMG

Ali məktəb tələbələri arasında 31 iyul-06 avqust 2023-cü il tarixlərində Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadası keçiriləcək. Olimpiadada iştirak etmək üçün Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Rəşid Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Amil Cəbiyev, Vüqar Quliyev və II kurs tələbəsi Coşqun Məmmədov Bolqarıstanın Blaqoevqrad şəhərinə ezam olunacaqlar.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, builki yarışda BDU-nu təmsil edəcək tələbələr Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il may ayının 24-də Ümummilli Lider Heydər Əliyevin 100  illik yubileyinə həsr olunmuş tələbələr arasında  Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibləri  olubar.

Yarışda Amil Cəbiyev I, Vüqar Quliyev və Coşqun Məmmədov isə II yerləri tutublar.

Xəbər lenti