Logo

"Heydər Əliyevin qətiyyətli siyasət nəticəsində ölkəmiz azad və müstəqil yoluna qədəm qoydu"

26.06.2023 11:34 282 baxış
IMG

“Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətimlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi naliyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələriəsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam ki, heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək və yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Bu sözləri Ulu Öndər Prezident səlahiyyətlərini icra etməyə başladığı gün etdiyi nitqində demişdir.

AXC-Müsavat cütlüyünün səriştəsizliyi və anormal siyasəti nəticəsində Azərbaycan çox çətin bir duruma gəlib düşmüşdür. Bir yandan ölkədə vətəndaş müharibəsi təhlükəsi, bir yandan iqtisadiyyatın dağılması və ən nəhayət mənfur qonşumuz olan Ermənistanın apardığı elan olunmamış müharibə. Bu kimi amillər Azərbaycanı dünya xəritəsindən silinmək kimi bir təhlükə ilə üz-üzə qoymuşdur.

Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə tarixin sınaqlarından üzüağ çıxmış və güclü idarə edicilik bacarığına malik olan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetininsədri seçilməklə yenidən siyasət meydanına qayıtdı. Ulu Öndər Heydər Əliyev ilk növbədə parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Mədəniyyətdən uzaq,xalqın dərdini anlamaq bacarığından uzaq olan”deputatlar” deputat postundan uzaqıaşdırıldı.

Ulu Öndər parlamentin ruhunu kökündən dəyişdi. Sanki parlamentə yeni bir mədəniyyət gətirdi.

Ulu Öndər ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini ön plana gətirərək onu daim diqqət mərkəzində saxlamağa çalışdı.Ali Məclisin sədri olmaqla yanaşı,iyunun 24-dən Prezident səlahiyyətlərinin də icrası Ulu Öndər Heydər Əliyevə tapşırıldı.Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi.Qarşıda çox ciddi və həlli bir-birindən ağır olan taleyüklü məsələlər dururdu.Hələ Prezident seçilməmişdən əvvəl ölkədə separatizmə son qoyan Ulu Öndərin əsas diqqəti mənfur qonşumuz olan Ermənistan və onun havadarları tərəfindən davam edən elan olunmamış müharibəni dayandırmaq və işğal altına düşmüş torpaqlarımızı geri qaytarmaq idi.Heydər Əliyevin xalqa müraciəti ilə qəlbində vətən sevgisi olan gənclərimiz silah götürərək torpaqlarımızın müdafiəsinə qalxdılar.Torpaqlarımızın bir qismi düşməndən azad edildi.Sonra müharibəyə son qoymaq və ordumuzu yenidən qurub,onu inkişaf etdirmək üçün Atəşkəs imzalandı.

İndi əsas məqsəd iqtisadiyyatı yenidən qurmaq idi.Dünyanın inkişaf etmiş ölkələrin neft şirkətlərini Azərbaycana cəlb etmək məsədilə onlarla Azərbaycan arasında 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi” olan neft kontraktı imzalandı.

1993-cü ildən aparılan islahatların hamısının əsasında demokratik prinsiplərin qorunmasının aliliyi dururdu.Demokratik dəyərləri müdafiə edən ali qanunun müəllifi Ulu Öndər Heydər Əliyev idi.O,müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısı idi. O demişdir ki,biz elə bir Konstitusiya hazırlamalıyıq ki,o,milli və mənəvi dəyərlərimizi özündə birləşdirməklə yanaşı,həm də eyni zamanda müstəqilliyimizi qoruyan bir dövlət sənədi olsun.

Məhz Ulu Öndər Heydər Əliyevin apardığı ardıcıl və qətiyyətli siyasət nəticəsində ölkəmiz məhv olmaq təlükəsindən birdəfəlik qurtularaq özünün azad,müstəqil və inkişaf yoluna qədəm qoydu.

Könül Babayeva
Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi

Xəbər lenti