Logo

"Azərbaycan xalqının tarixi yoluna yazılan qızıl tarixlərdən biri Silahlı Qüvvələr Günüdür"

26.06.2023 17:27 248 baxış
IMG

Hər bir xalqın kecdiyi şərəf və qürur dolu həyat yoluna yazılan şanlı tarixlər vardır ki, onlar xalgın var olması, onun müstəqillik əldə etməsində, dünyaya çıxışında müstəsna yer alır. Azərbaycan xalqının da tarixi yoluna yazılan qızıl tarixlərdə biri 26 iyun Silahlı Qüvvələr Günüdür.

Tarixə biraz geri dönək:

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olacağı hər kəsə bəlli idi.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə ölkəmizdə ordu quruculuğu prosesi demək olar ki dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Elə Ordu quruculuğunun ən mükəmməl addımı da elə bu böyük işin həyata keçməsi ilə başlandı və bu hec kəsə qaranlıq deyil. Beləliklə Milli Ordu quruculuğunda dönüş dövrü başladı.

Bu tənəzzül dövrünü yaşayanlar hamı bunu gözəl xatırlayır və gələcək nəslin diqqətinə ötürürlər.

Azərbaycan xalqının böyük oğlu Ulu Öndərimiz Heydər Əliyevin şah əsəri olan və ölkə Başçımız Ali Baş Komandan İlham Əliyevin üzunmüddətli gərgin əməyinin və səyinin müqabilində güçlü və qüdrətli Azərbaycan Ordusunun şücaəti bütün cahana səs salmağı bacardı. 30 illik acıya, 30 illik həsrətə son qoymağa qərar verərək önə addımladı.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.

Bununla bir daha sübut etdik ki, Azərbaycan qalib, zəfər çalan, güclü, öz sözünü deyə bilən, mübariz, bir ölkədir!

Qazanılan böyük qələbə isə Azərbaycan Silahlı Qüvvələrinin bu xalq qarşısında bir öhdəliyi idi ki, Müzəffər Ali Baş Komandanın əmri və Xalq birliyi ilə bu qələbə reallaşdı. Şükürlər olsun!

Müstəqilliyinin qarantı olan Müsəlləh Ordun var olsun Azərbaycanım!

Bu ordunun sərkərdəsi olan Ali Baş Komandanımızı Tanrı hifs etsin!

Nəhayət Şirinova
İctimaiyyətçi, ADPU Quba filialının əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Xəbər lenti