Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 938 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 624 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 32 nəfərdir.
Ölkədə son sutka ərzində 501, hazırkı dövrədək isə 7 642 602 test aparılıb.