Logo

Uşaq bağçasında "Ordumuz qürurumuzdur" adlı tədbir keçirilib - FOTO

27.06.2023 11:00 369 baxış
IMG

Xocavənd rayon Kuropatkin kənd uşaq bağçasında 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz qürurumuzdur" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, bağçanın balaca fidanları öncə Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə, ardınca isə Vətən uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq əziz xatirələrini yad ediblər.

Sonra tədbir uşaq bağçasında davam edib. Bağça uşaqlarının ifasında vətənpərvərlik ruhunda olan şeir və kompozisiyalar maraqla qarşılanıb.

Xəbər lenti