Təhsil naziri Emin Əmrullayev canlı yayımda sualları cavablandıracaq.
Tehsil.biz xəbər verir ki, nazir bu barədə öz paylaşımında bildirib:
"Canlı yayımda təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirdiyimiz sorğunun nəticələri ilə yanaşı, mövzuya dair sizi maraqlandıran digər sualları da cavablandıracağam'.
E.Əmrullayevin sözlərinə görə, keçirilən sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir.
Sorğuda iştirak etmək üçün müvafiq keçid linkindən istifadə edə bilərsiniz: