Logo

BANM-in Neftçi Mühəndislər Cəmiyyəti beynəlxalq mükafata layiq görülüb

27.06.2023 14:52 432 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE) ilk dəfə üstün fəaliyyətə görə beynəlxalq Neftçi Mühəndislər Cəmiyyətinin ən yüksək mükafatı sayılan Prezident mükafatına layiq görülüb.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, bu mükafat dünyadakı bütün Neftçi Mühəndislər Cəmiyyətlərinin ən yaxşı fəaliyyət göstərən cəmi 10 %-inə təqdim olunur. Mükafatın qalibləri ABŞ-nin Texas ştatında keçirilən “İllik Texniki Konfrans və sərgisi”nə mükafatlarını almaq üçün dəvət olunur və öz tələbə fəsillərini təmsil edirlər.

Mükafata layiq görülən cəmiyyətin üzvləri Nicat Səfərəliyev, Zəhraxanım Əliyeva, Firuzə Əzizova, Almaz Heydərova, Gülüstan Kərimova, Safura Orucova, Nəzrin Fətullalı, Aydın Şirinov, Çingiz Hacıyev, Cəvahir Yusifzadə, İlkanə Mehdiyeva, Zahid Abdullayev, Hüseyn Abızadə, Malik Soltanov, Mədinə Ziyadxanova və Məhəmməd Vəliyevdir.

Xəbər lenti