Bakı Ali Neft Məktəbində (BANM) "The State of Engineering" cəmiyyətinin təşkilatçılığı ilə “Özünü yaradan mühəndis” adlı təlim-görüş keçirilib.
Ali məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə SOCAR daxil olmaqla, müxtəlif yerli və xarici şirkətlərin 6 mühəndisi tələbələr üçün təqdimatlar edib, bilik və təcrübələrini bölüşüblər.
Sual-cavab formatında davam etdirilən görüşdə digər universitetlərin mühəndislik ixtisaslarında təhsil alan tələbələri də iştirak ediblər.


