Logo

“Mühəndislər üçün biznes təhsili” layihəsinin məzunlarına sertifikatlar təqdim edilib - FOTO

27.06.2023 20:52 375 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb.

Tehsil.biz xəbər verir ki, BANM-də kursu başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən rektor Elmar Qasımov proqramın gənclərə qazandırdığı bilik və təcrübədən bəhs edib. Rektor bildirib ki, tələbələr daim axtarışda olmalı, müxtəlif #təlim və proqramlarda aktiv iştirak etməlidirlər.

Sonra Elmar Qasımov "Mühəndislər üçün biznes təhsili" proqramını başa vuran 50 iştirakçıya sertifikatları təqdim edib. Onlar Bakı Ali Neft Məktəbi (BANM),Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələridir. 

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin #liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.

Üç həftə davam edən proqram mühəndislər üçün ən vacib bacarıqları birləşdirən 6 moduldan ibarət olub.

Xəbər lenti