Logo

Bakı Ali Neft Məktəbində təlim - FOTO

27.06.2023 23:11 587 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-da İnsan Hüquqları Aylığı” təlimi keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində həyata keçirilib.

Ali Məktəbin Rəhbərlik yanında aparatda böyük hüquq məsləhətçisi Türkan Qurbanlı Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmış insan hüquq və azadlıqları, bu sahədə aparılan genişmiqyaslı islahatlar, o cümlədən SOCAR-da əmək hüquqlarının qorunması və əməkdaşların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Xəbər lenti