Logo

BANM tələbələrinin təşkilatçılığı ilə “Bootcamp” keçirilib

28.06.2023 13:00 479 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE BANM) komandası və “SOCAR AQS”, “Baku Drilling School”un mühəndislərinin birgə əməkdaşlığı ilə “Drilling Engineering Bootcamp” təşkil edilib.

Tehsil.biz xəbər verir ki, 3 sessiyadan ibarət tədbirdə müxtəlif universitetlərin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər. Mühəndislərin mentorluğu ilə qrup işi formatında keçirilən sessiyalarda quyuların qazılma və dizayn qaydaları, istifadə olunan müasir texnologiyalar və baş verə biləcək risklərdən bəhs olunub.

Tədbirin məruzəçiləri və münsifləri “SOCAR AQS” və “Baku Drilling School”da fəaliyyət göstərən mütəxəssislər Elşən Cəfərov, Nəsir Məmmədov, Vüsal İskəndərov, Orxan Məmmədov, Gündüz Mahmudov və Eynulla Orucov olub.

Xəbər lenti