Logo

BANM tələbələri “CryptoBaku” Milli CTF Liqasının qaliblərindən olub - FOTO

28.06.2023 15:00 464 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri kriptoqrafiya sahəsində həyata keçirilən “CTF yarışı”nın “CryptoBaku” Milli CTF Liqasının qaliblərindən biri olub.

Tehsil.biz xəbər verir ki, BANM-i təmsil edən Hümbətzadə Sahib, Əhmədov Oqtay, İbrahimli Elmira, Məhəmmədcan Məhəmmədcanovun təmsil olunduğu komanda 3-cü yeri qazanıb.

Yarışda 14 ali təhsil müəssisəsini təmsil edən 56 tələbə/kursant iştirak edib.

Yarış ölkənin ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr üçün xarici mütəxəssislər tərəfindən kriptoqrafiya sahəsində ingilis dilində təşkil edilmiş təlimlərdən sonra reallaşıb.

Yarış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin dəstəyi, “Unifybytes” (Türkiyə) və “İnterprobe” şirkətlərinin tərəfdaşlığı ilə keçirilib

Yarış çərçivəsində iştirakçılara kriptoqrafiya sahəsində müxtəlif mövzularda tapşırıqlar verilib. Tələbələr 3 saat ərzində müxtəlif təcrübi tapşırıqları həll etməklə 4 nəfərlik komandalar şəklində mübarizə aparıblar.

Yarışın sonunda AKTA rəhbərliyi və dəvətli qonaqlar tərəfindən qaliblərə və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Xəbər lenti