Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) sonra daha bir ali məktəbimiz QS Dünya Universitetləri Reytinqinə daxil olub.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də Azərbaycanın dördüncü universiteti olaraq dünya universitetlərinin reytinq sıralamasında yer alıb.
Qeyd edək ki, QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriyada qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq) nəzərə alınır.