Braziliya Universitetlərinin Beynəlxalq Əməkdaşlıq Qrupu (GCUB-MOB) 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüd Braziliya universitetlərində magistratura və doktorantura təhsil səviyyələri üçün ayrılır. Azərbaycan Respublikası vətəndaşları proqrama iyulun 14-dək müraciət edə bilərlər.
Proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsi ilə tanış olmaq mümkündür.