"Mən kitabxanamı çox sevirəm. Ötən əsrin 90-cı illərindən bütün sahələr üzrə ən sanballı ədəbiyyatları toplamağa başladım. İndi də bu işi davam etdirirəm. Abunə ədəbiyyatlarını yarımçıq qoymadım. Hər bir kitabı hansı mağazadan, yaxud hansı şəxsdən aldığımı xatırlayıram".
Tehsil.biz xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.
O qeyd edib ki, kitab doğurdan da yaddaşdır:
"Təvazökarlıqdan uzaq, kitab bağışlamaqda çox səxavətliyəm. İstəyirəm ki, hamı oxusun və hamının kəmiyyətindən asılı olmayaraq kitabxanası olsun. Evin məzmunu kitabdır. “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları”, “Məktəbli fəlsəfəsi” kitablarımın bütün tirajını hədiyyə edəndə düşünmüşəm ki, kitabdan gözəl hədiyyə yoxdur".
Kənan Nağıbəyli