Logo

Səhiyyə naziri: "Müstəqil dövlətimizdə tibb təhsilinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır"

01.07.2023 23:52 323 baxış
IMG

"Hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlər dayanır".

Tehsil.biz xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universoteti tələbələrinin Məzun günündə deyib.

Nazir bildirib ki, bu il Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyətin - müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır:

"Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi səhiyyənin və tibb təhsilinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən hesab edən Ulu Öndər səhiyyənin tərəqqisi, maddi texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atıb. Tibb İnstitunun məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük tövhələr vermiş Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bugün yeni həkim kadrları və təbabət alimləri hazırlığı sahəsində əzmlə çalışırlar".

Teymur Musayev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində Azərbaycan hər sahədə inkişaf edir:

"Dövlət başçısının rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunur, səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma təminatlı keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir”.

Mərcanə Əsədova

Xəbər lenti