2023-cü ilin iyunu meteoroloji ölçmələr tarixində ən isti iyun ayı kimi tarixə düşüb.
Tehsil.biz xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən dövrdə bir çox ölkədə rekord temperatur göstəricilər qeydə alınıb.
Texas ştatında Selsi şkalası 48 dərəcə, Çinin şimalında 44,7, Yaponiya, Nepal və Vyetnamda isə 44 dərəcə göstərib. Bu ölkələrdə yüksək temperatur dəniz canlılarının kütləvi məhvinə səbəb olub. Almaniya və Çexiyada 39 dərəcə, İsveçrədə 37 dərəcə istilik qeydə alınıb. Keçmiş SSRİ məkanına gəlincə, maksimal temperatur Özbəkistanda 43, Türkmənistanda 42 dərəcə təşkil edib.
Meteoroloji ölçmələr tarixində ilk dəfə iyunda planetin orta aylıq temperaturu 16,7 dərəcəyə yüksəlib. Sinoptiklər iyulun daha isti olacağı qənaətindədirlər.