Logo

Akademik Roin Metrevelinin İsa Həbibbəyliyə ünvanladığı təşəkkür məktubu Gürcüstan mətbuatında - FOTO

02.07.2023 14:30 261 baxış
IMG

Xəbər verdiyimiz kimi, Gürcüstan Milli Elmlər Akademiyasının yeni seçilmiş prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, bununla bağlı Gürcüstanın “24news.ge”saytında gürcürus dillərində geniş xəbər yayımlanıb.

Xəbərdə akademik Roin Metrevelinin Gürcüstan Milli Elmlər Akademiyasında keçirilən prezident seçkilərində namizədliyini dəstəklədiyi üçün akademik İsa Həbibbəyliyə minnətdarlığı əksini tapıb, həmçinin ölkələrimizin elmi və iqtisadi inkişafı və müxtəlif elm sahələrində yeni nailiyyətlər naminə AMEA ilə səmərəli və faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib.

Xəbər lenti