Logo

Türkiyənin Robotex şirkətinin nümayəndələri UFAZ-da olub - FOTO

02.07.2023 20:48 330 baxış
IMG

İyunun 13-də Azərbaycan-Fransız Universitetində Türkiyənin "Robotex" şürkətinin həmtəsisçisi Zülal İnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

UFAZ-ın Baş katibi Elizaveta Bydanova qonaqlara Universitet barədə ətraflı məlumat verib və Robotex şirkətinin fəaliyyəti ilə tanış olub.

Tərəflər birgə əməkdaşlıq məsələlərini müzakirə edib və UFAZ tələbələrinin Robotex festivalında iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti