İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib.
Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.