Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn və çap media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.
Bildirilib ki, 33 ictimai siyasi məzmunlu, 6 idman məzmunlu onlayn media subyekti (veb-sayt) və 17 çap media subyekti müsabiqənin qalibi elan edilib.