Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin məzunu Firanə Qurbanova FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramını qazanıb.
Tehsil.biz xəbər verir ki, o, bir təhsil ili ərzində Amerikada yaşamaq və təhsil almaq (12-ci sinif) şansı əldə edib.
Qeyd edək ki, Firanə bu il FLEX proqramını qazanan 22 azərbaycanlıdan biridir.