Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə iyun ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ərzində ümumilikdə 6564 müraciət daxil olub.
Müraciətlərin 760-ı feysbuk, 5331-i Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 117, sayt üzərindən isə 325 müraciət daxil olub. 31 vətəndaş isə qəbulda iştirak edib.