Logo

Ötən il I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73429 abituriyent iştirak edib

03.07.2023 17:14 321 baxış
IMG

2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73429 abituriyent iştirak edib.

Tehsil.biz xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

Onların 16.12 %-i 0-100, 26.67 %-i 100-200, 21.96 %-i 200-300, 25.61 %-i 300-500, 9.64 %-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 2077 nəfər 600 və daha yüksək bal yığıb. Yüksək bal toplayanlar respublikanın demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər.

Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.

Xəbər lenti