Azərbaycanda 2022-ci ildə qəbul və buraxılış imtahanlarında şagirdləri 100-dən aşağı bal toplayan rayonların adları açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.
"Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20 %-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub", - məlumatda qeyd edilib.