Azərbaycan Respublikasının ərazisində tibb işçisi kimi fəaliyyət göstərməyə Səhiyyə Nazirliyi tərəfindən məhdudiyyət qoyulmaması ilə bağlı vətəndaş ərizə ilə müraciət etməlidir.
Tehsil.biz xəbər verir ki, ərizəyə müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsinin, tibb təhsili barədə diplomun, ixtisaslaşma sənədinin və əmək kitabçasının (qeyd: işlədiyi halda iş yerindən təsdiq olunmuş surəti) surətlərini əlavə etməlidir.
Müvafiq sorğular göndərilib cavablar alındıqdan sonra arayış ərizəçiyə təqdim edilir.