Logo

“Code For Future” kurslarını bitirən AzTU tələbələrinə sertifikat təqdim olunub

03.07.2023 18:22 344 baxış
IMG

“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin “Code For Future” kurslarını bitirən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən layihə meneceri Nəzrin Əliyeva tələbələri təbrik edib, layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib.

Daha sonra kursu bitirən tələbələr layihə haqqında öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində tələbələr üçün vorkşop keçirilib.

Xəbər lenti