Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-5 nömrəsi ilə əlaqə yaratmaqla cavab ala bilərlər.