İyulun 4-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Məlumata əsasən, zəlzələ ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
00:16
Xəzər dənizində, Azərbaycan sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.