26 iyun - 1 iyul tarixlərində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində gənc alim və mütəxəssislər üçün “Gənc alimlərin innovativ ideya düşərgəsi” adlı yay düşərgəsi keçirilib.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, bununla bağlı “Bakinski raboçi” qəzetində geniş məqalə yayımlanıb. Sözügedən məqalə ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, düşərgənin açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.