Logo

Ötən il 11 mindən çox bakalavr magistraturaya qəbul olub

04.07.2023 13:59 373 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsilin ikinci səviyyəsi olan magistraturaya qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi işlərini 2022-ci ildə də davam etdirib.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb.

Bildirilib ki, magistraturaya qəbul aparılan ixtisaslaşmalar 75 qəbul proqramı üzrə qruplaşdırılıb.

Bakalavrlara magistraturaya qəbul imtahanında iki dəfə iştirak etmək hüququ verilib. Müəyyən edilmiş müsabiqə şərtlərini ödəyənlər ixtisas seçiminə buraxılıb.

Qəbulun nəticələrinə əsasən 11 min 510 bakalavr magistraturaya qəbul olunub, onlardan 1033-ü qeydiyyatdan keçməyib, 2511 yer isə boş qalıb. Boş qalan yerlərə aparılmış ixtisaslaşma seçimində 1848 nəfər (onlardan 100-ü birinci ixtisaslaşma seçimində iştirak etməyib) iştirak edib və onların 761-i magistraturaya qəbul olub (onlardan 551-i qeydiyyatdan keçib). Beləliklə, ixtisaslaşma seçimində 14 min 379 nəfər (qəbul imtahanında iştirak edənlərin 69.05 faizi) iştirak edib və 11 min 28 nəfər (ixtisaslaşma seçimində iştirak edənlərın 76.70 faizi) magistraturaya qəbul olub.

Xəbər lenti