Logo

"Dünya” jurnalı yeni formatda çapdan çıxıb

04.07.2023 20:03 550 baxış
IMG

Xəzər Universiteti “Dünya” məktəbinin nəşri olan “Dünya” jurnalının növbəti nömrəsi yeni formatda çapdan çıxıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, jurnalın baş redaktoru Aygün Qardinerin “Dünya” yenilənmiş dərgisinin nəşrinə xoş gəlmisiniz!” adlı müraciəti ilə açılan nəşrdə Azərbaycan, rus və ingilis dillərində yazılar verilib. Məqalələr “Dünya” Məktəbinin tədbirləri ilə yanaşı, “Dünya” Ana Məktəbi balacalarının da həyatını əhatə edir.

“Dünya” məktəbi şagirdlərinin İtaliyaya səfəri, professor Hamlet İsaxanlının 75 illik yubileyi haqqında və digər yazılar maraqla oxunur.

Xəbər lenti