Logo

NDU-nun Magistratura və doktorantura mərkəzinə yeni direktor təyinatı olub

04.07.2023 23:16 943 baxış
IMG

Çapay Quliyev Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinə  direktor təyin edilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Qeyd edək ki, Çapay Quliyev 18 aprel 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm kəndində anadan olub.

1986-1997-ci illərdə Babək rayon Nehrəm kənd 1 nömrəli orta məktəbində təhsil alıb və fərqlənmə attestatı ilə bitirib. 1997-2001-ci illərdə  Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Tibb fakültəsinin biologiya ixtisasında təhsil alıb və  həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsində psixologiya ixtisası  üzrə təhsil alıb və həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2001 ci ildən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında  laborant kimi işə başlayan Çapay Quliyev, 2003-cü ildə baş laborant, 2004-cü ildə müəllim, 2013-2023-cü illərdə isə həmin kafedranın  baş müəllimi və dosenti kimi fəaliyyət göstərib. Eyni zamanda Naxçıvan Müəllimlər İnistitutunun Təbiət və incəsənət fakültəsinin dekan müavini, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru və Tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

5 proqram, 1 metodik vəsait, 50 dan artıq elmi məqalənin və beynəlxalq konfrans materiallarının müəllifidir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommissiyasının 29 yanvar 2020-ci il tarixli qərarı ilə 6104.01-Pedaqoji psixologiya ixtisasında psixologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Xəbər lenti