Logo

Azərbaycanda ilin tələbəsi o oldu

05.07.2023 13:40 1998 baxış
IMG

Azərbaycan universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.

Tehsil.biz xəbər verir ki, bu haqda “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.

Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdçüsü olub.

Bu il isə 98,21 balla ATU-dan məzun olub.

O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

Xəbər lenti