26 iyul 2023-cü il tarixindən etibarən Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) tərəfindən TOEFL iBT imtahanında yeniliklər tətbiq olunucaq.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Yeni qaydalara əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq. Ümumi imtahan modelində isə dəyişiklik edilməyib.
İmtahan vaxtının qısaldılması nəticəsində:
Testin hər bölməsi üzrə qiymətləndirmə şkalası 0-30 bal aralığında olmaqla eyni qalır.
Beləliklə, 26 iyul tarixindən etibarən tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimi olacaq.
Bölmə |
Sual sayı |
İştirakçıya verilən müddət |
Oxu |
20 |
35 dəqiqə |
Dinləmə |
28 |
36 dəqiqə |
Danışıq |
4 tapşırıq |
16 dəqiqə |
Yazı |
2 tapşırıq |
29 dəqiqə |
Qeydiyyatla bağlı yeniliklər:
2023-cü ilin iyul ayından etibarən imtahana qeydiyyat prosesi həmişəkindən daha sürətli və sadə olmaqla aşağıdakıları əhatə edəcək:
DİM-də keçiriləcək kompüter əsaslı TOEFL iBT imtahanlarının ikinci yarımil üzrə olan tarixləri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.
Yeniliklərdən biri də imtahan bitdikdən sonra iştirakçıların rəsmi nəticələrinin nə zaman elan edilməsi ilə bağlı bildiriş alması olacaq.
Xatırladaq ki, qeyd edilən dəyişikliklər sadəcə kompüter əsaslı TOEFL iBT imtahanına aiddir, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahana şamil edilmir.
Məlumat üçün qeyd edək ki, dəyişikliklərlə tanış olmaq məqsədilə TOEFL iBT Ödənişsiz Sınaq Testi və TOEFL iBT Sınaq Setlərinin yenilənmiş versiyaları artıq ETS-in saytında mövcuddur. Eyni zamanda, siz 26 iyuldan etibarən ödənişsiz TOEFL Go!® tətbiqi ilə istənilən yerdə TOEFL iBT imtahanına hazırlaşa bilərsiniz. Tətbiq həm mobil, həm də masaüstü cihazlar üçün işlək olacaq.
TOEFL iBT imtahanı haqqında yenilikləri daha ətraflı öyrənmək üçün https://www.ets.org/toefl/ibt-enhancements.html saytına daxil ola bilərsiniz. Hesab yaratmaq, test üçün qeydiyyatdan keçmək, testə hazırlıq resurslarına daxil olmaq və əlavə məlumatlar üçün https://www.ets.org/toefl.html saytına müraciət etməyiniz tövsiyə olunur.