Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 661 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 9 nəfərdir.
Ölkədə son sutka ərzində 1 610, hazırkı dövrədək isə 7 647 889 test aparılıb.