Logo

BANM məzunu 4 nüfuzlu universitetin təqaüdünü qazanıb

05.07.2023 17:33 446 baxış
IMG

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının builki məzunu Hüseyn Qəmbərov ABŞ və Estoniyanın nüfuzlu universitetlərində təqaüdlə təhsil almaq imkanı qazanıb.

Tehsil.biz xəbər verir ki, o, ABŞ-nin Keys Vestern Rezerv Universitetinin Kompüter elmləri ixtisasının doktorantura (illik təqaüd 57 min dollardan çox), Roçester Texnologiya İnstitutunun Proqram mühəndisliyi ixtisasının magistratura (Merit təqaüdü 15,8 min dollar), Estoniyanın Tartu Universitetinin Kompüter elmləri ixtisasının (təqaüd 6 min avro), Tartu və Tallin Texniki Universitetinin Proqram mühəndisliyi üzrə birgə proqramının (təqaüd 6 min avro)  magistratura səviyyəsinə qəbul olub.

Hüseynin seçimi ABŞ-nin Ohayo ştatında yerləşən Keys Vestern Rezerv Universiteti (Case Western Reserve University) olub.

Hüseyn Qəmbərov Bakı Ali Neft Məktəbinin uğurları ilə seçilən, ölkəmizi beynəlxalq yarışlarda müvəffəqiyyətlə təmsil edən tələbələrindən olub. O, 2021-ci ildə “WorldSkills Asia” tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edərək IV yeri tutub, həmçinin “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən keçirilən “Təhsil xərclərinin qarşılanması” müsabiqəsinin qalibi olub, Fondun təqaüdünü əldə edib. Komanda yoldaşları ilə birgə hazırladığı layihə ABŞ-nin “CRDF Global” təşkilatının qrantını qazanıb. Hüseyn həmçinin BMT-nin İnkişaf Proqramının, “Huawei” şirkətinin, ASAN Xidmətin təşkil etdiyi layihələrdə, Bakı Ali Neft Məktəbində keçirilən Tələbə və Gənc Tədqiqatçıların Elmi Konfranslarında iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.

Xəbər lenti