Logo

Müəllimlərin məzuniyyət haqları necə hesablanır? - QAYDA

05.07.2023 19:46 1604 baxış
IMG

Bu gün Azərbaycan ümumtəhsil müəssisələrində çalışan müəllimlər məzuniyyət haqlarını aldırlar. Lakin bəzi müəllimlər məzuniyyət haqqının necə hesablanmasından xəbərsizdir.

Tehsil.biz məzuniyyət haqqının hesablanması qaydasını təqdim edir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, müəllimlərə 56 təqvim günü müddətində məzuniyyət verilir. Yeni işə başlayan şəxslər 6 ay çalışdıqdan sonra məzuniyyətdən istifadə edə bilərlər

İndi isə məzuniyyət haqqının hesablanma qaydası ilə tanış olaq

Müəllimlərin məzuniyyət haqları Əmək Məcəlləsinin 140-cı maddəsinə görə orta aylıq əmək haqqıya əsasən hesablanır. Əvvəlcə 12 təqvim ayının maaşı toplanır daha sonra alınan rəqəm 12-yə bölünür və beləliklə orta aylıq əmək haqqı tapılır. 

Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Həmin məbləği isə neçə gün məzuniyyətə çıxacağıqsa, həmin günlərin sayına vurulur. 

12 aydan az işləyən müəllimlərin orta aylıq əməkhaqqısı isə işlədiyi aylara görə hesablanır.

Kənan Nağıbəyli

Xəbər lenti