Logo

Ekspert: "Növbəti 5 il ərzində reytinq cədvəllərində Azərbaycan ilk 500-lükdə olacaq"

06.07.2023 11:30 500 baxış
IMG

"Azərbaycan universitetlərinin dünya retinq cədvəllərində ön sıralarda olmamasının bir çox səbəbi var. Çünki beynəlxalq reytinq cədvəllərinin müəyyən kriteriyaları var ki, bizim universitetlər onların bəzilərinə uyğun gəlir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Adil Vəliyev deyib.

Onun fikirlərinə görə, reytinqlərdə Azərbaycan universitetlərinin göstəriciləri əsasən minin üzərində olur:

"İstər əcnəbi tələbələrin sayı, istər professor heyətinin sayı, həmçinin elmi məqalələrin sayı və digər nüanslar var ki, bu məqamlarda xüsusilə diqqət yetirilir. Azərbaycan da yeni-yeni bu reytinq cədvəllərinə daxil olur. Düşünürəm ki, növbəti 5 il ərzində reytinq cədvəllərində Azərbaycan ilk beş yüzlükdə olacaqdır".

Mərcanə Əsədova

Xəbər lenti