Logo

Sertifikasiyada ən zəif nəticə göstərən müəllimlər bu kolleclərdə təhsil alıblar

06.07.2023 12:10 2633 baxış
IMG

"Sertifikasiya imtahanında ən zəif nəticəni Ağcabədi Pedoqoji Texnikomunda təhsil almiş müəllimlər göstərib".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı bildirib.

"İmtahanda ən zəif nəticə göstərən Ağcabədi Pedoqoji Texnikomu - 56 %, Gəncə Humanitar Kolleci - 52 %, Astara Pedoqoji Texnikumu - 49 %, Gəncə Məişət Xidməti Kolleci - 47 %, Lənkəran Dövlət Humanitar Kolleci - 43 %, Lənkəran Məktəbəqədər Pədaqoji Texnikumu - 43 %, Şamaxı Mədəni-Maarif texnikumu - 39 % orta ixtisas təhsili müəssisələridir", - nazir qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti