Logo

Təhsil kreditindən yararlanan tələbələrin TOP 5 universitet üzrə statistikası açıqlanıb

06.07.2023 12:30 301 baxış
IMG

Təhsil Tələbə Krediti Fondu bu günə qədər müvafiq kreditdən yararlanan tələbələrin TOP 5 universitet üzrə statistikasını açıqlayıb.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, TOP 5 siyahısında Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Bakı Biznes Universiteti yer alır.

Azərbaycan Dövlət İqtisad Universitetindən 1369 tələbə təhsil krediti alıb. Bunlardan 334-ü sosial, 1035-i standart kreditdir.

Gəncə Dövlət Universitetindən 1265 tələbə təhsil krediti alıb. Bunlardan 462-si sosial, 803-ü standart kreditdir. Azərbaycan Texniki Universitetindən 1070 tələbə təhsil krediti alıb. Bunlardan 423-ü sosial, 647-si standart kreditdir. Bakı Dövlət Universitetindən 978 tələbə təhsil krediti alıb. Bunlardan 309-u sosial, 669-u standart kreditdir. Bakı Biznes Universitetindən 874 tələbə təhsil krediti alıb. Bunlardan 342-si sosial, 503-ü standart kreditdir.

Xəbər lenti