Bu gün saat 00:07-də Yer öz orbitinin afelisindən keçib.
Tehsil.biz xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşıb.
Bu məsafənin qiyməti 152 098 232 km-ə bərabərdir. Bu zaman Günəş diskinin də görünən ölçüsü ~3% kiçilərək minimal (31′31″) qiymət alıb.
Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.
Qeyd edək ki, Yer bu il perihelidən 4 yanvar saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub.