Logo

Şəhid xanımı fərqlənmə diplomu ilə məzun oldu - FOTO

07.07.2023 09:24 1134 baxış
IMG

Şəhid baş-leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova məzun olub.

"Tehsil.biz"in məlumatına görə, A.Kazımova Lənkəran Dövlət Universitetinin (LDU) Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, şəhid baş-leytenant Vüsal Kazımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İki qız övladı yadigar qalıb.

 

Xəbər lenti