7 oktyabrdan etibarən yuxarı kurs tələbələri üçün e-telebe.edu.az portalı yenidən aktivləşdirilib.
Tehsil.biz xəbər verir ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının payız semestri üzrə elektron qaydiyyatı başlayıb.
Qeyd edək ki, təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.