Logo

Gəncə və Goranboy gəncləri üçün “Gənc liderlərin şəbəkələşməsi” layihəsi keçirilib - FOTO

07.07.2023 10:14 393 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gənc liderlərin şəbəkələşməsi” layihəsi həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi Gəncə şəhəri və Goranboy rayonundan seçilmiş 14-29 yaş arası 40 nəfər gəncdə yumşaq bacarıqları (soft skills) təkmilləşdirmək, liderlik potensialı olan gəncləri üzə çıxarmaq, idarəçiliklə bağlı məlumatlarının artırılması və onlar arasında şəbəkələşməni təmin etməkdən ibarət olub.

Keçirilən 2 günlük təlimlər “pitching-inandırma”, “strateji düşünmə”, “kommunikasiya və komanda ilə işləmə bacarığı”, “könüllülüyün karyera prespektivləri” və “zamanın idarə edilməsi” mövzularını əhatə edib.

Təlim və sessiyalardan əlavə olaraq gənclər müxtəlif enercayzerlədə iştirak edib, qruplara bölünərək verilmiş mövzular ətrafında təqdimatlar hazırlayaraq komanda halında müzakirəsini keçiblər.

 

 

 

 

 

Xəbər lenti