Logo

BMU-nun prorektoru Belçikada keçirilən tədbirlərdə iştirak edir - FOTO

07.07.2023 10:33 289 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Belçikanın Brüssel şəhərinə səfərdə iştirak edir.

Tehsil.biz xəbər verir ki, səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse çıxış ediblər, eyni zamanda EFMD təşkilatının fəaliyyəti, təşkilatın beynəlxalq layihələrdəki böyük təcrübələri Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşülüb. Görüş ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-in bu istiqamətdəki təcrübələri, o cümlədən dövri nəşrlərin müzakirəsi ilə yekunlaşıb.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən adıçəkilən layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədəsinin qatıldığı səfər çərçivəsində EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarların keçirilməsi nəzərdə tutulur.

 
 

Xəbər lenti